EN

Ağır çanta bəhanəsi ilə uşaqları soydu Bakıdakı cinayətin ANBAAN VİDEOSU

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Bakının Nizami və Xətai rayonları ərazisində soyğunçuluq hadisələri qeydə alınıb. Naməlum şəxs ayrı-ayrı vaxtlarda zərərçəkənlərin pul vəsaiti və iki ədəd mobil telefonunu açıq talama yolu ilə ələ keçirib.Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

 

Bildirilir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 36 yaşlı Vüsal Əzimov saxlanılıb.

Araşdırmalarla müəyyən edilib ki, V.Əzimov dərsdən evə qayıdan iki yetkinlik yaşına çatmayan şəxsə yaxınlaşaraq onlardan guya yaşadığı binanın üçüncü mərtəbəsində yerləşən mənzildən ağır çantanı aşağı endirməyə kömək etmələrini xahiş edib.Daha sonra zərərçəkmişlərlə birlikdə binaya daxil olan V.Əzimov onların mobil telefonlarını və pullarını götürərək hadisə yerindən uzaqlaşıb.Onun soyğunçuluq əməli təhlükəsizlik kameraları vasitəsilə də qeydə alınıb.Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. V.Əzimov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
25
4
bizim.media

10Sources