EN

DİN-dən 30 yaşadək xanımlar üçün vakansiya

DİN-dən 30 yaşadək xanımlar üçün vakansiya

Daxili İşlər Nazirliyi Bakıda yerləşən müvafiq qurumlarında, eləcə də respublikanın şəhər və rayon polis orqanlarında vakant olan yetkinlik yaşına çatmayanların işləri üzrə inspektor vəzifələrinə qadın namizədlərin xidmətə qəbulunu elan edir.

Müsabiqədə iştirak etmək istəyən namizədlər üçün aşağıdakı tələblər müəyyən edilib:

Azərbaycanın dövlət ali təhsil müəssisələrini hüquqşünaslıq və pedaqoji ixtisaslar üzrə bitirmək;20–30 yaş aralığında olmaq;Boyu 160 sm-dən yuxarı olan qadın cinsli Azərbaycan vətəndaşları;Özü və yaxın qohumlarının məhkumluğu olmaması.

Namizədlərin sağlamlıq vəziyyəti, fiziki hazırlığı və bilik səviyyəsi müəyyən olunmuş normativlər üzrə yoxlanılacaqdır. Müsabiqə zamanı kompüter bacarığı olan, ən azı bir xarici dili sərbəst bilən və 3 illik pedaqoji təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir.

Müraciət qaydaları və müddəti

İştirak etmək istəyən şəxslər 2026-cı il fevralın 10-dan martın 10-dək Daxili İşlər Nazirliyinin rəsmi internet saytında (www.mia.gov.az) yerləşdirilmiş elektron ərizə formasını dolduraraq [email protected] ünvanına göndərməlidirlər.

Əlavə məlumat almaq üçün əlaqə telefonları:

(012) 590-80-66;(012) 590-98-37;(012) 590-93-64;(012) 590-97-52.

Chosen
17
9
afn.az

10Sources