EN

Yazıçı-publisist: Kitabı yazarkən oxucu ilə üzbəüz dayanmağa çalışdım

Bakı, 9 fevral, Nailə Həsənova, foto Tofiq Babayev, AZƏRTAC

Söz insanlar arasında körpü rolunu oynamalıdır. Mən də çalışmışam ki, kitabımda bu körpünü yaradım. "Öz qəbrini qazan" kitabında hekayə, povest və pyeslərim toplanıb. Onları birləşdirən bir xətt var, o da insan taleyidir.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist Kəmalə Mirzəyeva "Öz qəbrini qazan" kitabının təqdimat mərasimindən öncə jurnaıistlərə açıqlamasında bildirib.

"Kitabdakı hekayələrin çoxu yaşanmış hadisələrdir, gündəlik müşahidələrimiz, düşüncələrimiz, qarşımıza çıxanlar və arzu etdiklərimizdir. Kitabın ən böyük gözəlliyi və özəlliyi odur ki, bu nəşr geniş oxucu audotoriyasına yetişə, oxucuların qəlbində yer tapa bilir. Mən də çalışmışam ki, bu kitab oxucuların qəlbində yer tapa bilsin. Bəlkə də, kitabdakı obrazlar oxucuların özləridirlər. Ədəbiyyat bizim aramızda olan məsafələri aradan qaldırır. Mən bu kitabı yazarkən çalışdım ki, oxucu ilə üzbəüz dayanım", - deyə o qeyd edib.

 

Chosen
49
2
azertag.az

3Sources