EN

“Barselona” Avropa Super Liqasından çəkildi

Avropa futbolunda uzun müddət müzakirələrə səbəb olan Avropa Super Liqası layihəsində faktiki olaraq sona yaxınlaşılıb. İspaniyanın “Barselona” klubu layihədən rəsmi şəkildə çəkildiyini açıqlayıb.

Klubun yaydığı bəyanatda qərarın Avropa Super Liqası Şirkətinə və layihədə iştirak edən klublara bildirildiyi qeyd olunub. “Barselona”nın bu addımı ilə təşkilatda yalnız “Real Madrid” qalıb.

Avropa Super Liqası əvvəlcə 12 klubun qurucu üzvlüyü ilə start götürmüşdü. Lakin layihə elan edildikdən qısa müddət sonra “Arsenal”, “Çelsi”, “Liverpul”, “Mançester Siti”, “Mançester Yunayted”, “Tottenhem”, “Atletiko Madrid”, “Milan” və “İnter” turnirdən ayrılmışdı.

2023-cü ildə “Yuventus”un da layihədən çıxması ilə Super Liqada yalnız “Barselona” və “Real Madrid” qalmışdı. Kataloniya təmsilçisinin son qərarından sonra isə layihə faktiki olaraq dondurulub.

Avropa Super Liqası yarandığı ilk gündən UEFA və milli liqaların sərt etirazları ilə qarşılaşmışdı. “Barselona”nın ayrılığı bu layihənin real gələcəyini demək olar ki, mümkünsüz edib.

Avropa Super Liqasının əsas müdafiəçilərindən biri kimi tanınan “Real Madrid”in bundan sonra hansı addımı atacağı isə futbol ictimaiyyətində maraq doğurur. Gözləntilərə görə, Madrid klubu da yaxın vaxtlarda layihədən çəkilə bilər.

Chosen
61
20
aznews.az

10Sources