EN

İranda reformist fiqurlardan daha biri həbs olunub

İranda reformist siyasətçinin oğlu həbs edilib.

Sabiq reformist siyasətçi Mehdi Kərrubinin oğlu Hüseyn Kərrubi həbs olunub.

O, İrandakı hakimiyyət əleyhinə fəaliyyət göstərən və xaricdə yerləşən media qurumları ilə əməkdaşlıqda günahlandırılır.

Qeyd edək ki, onun atası Mehdi Kərrubi din xadimidir və 2000-ci illərdə İran prezidentliyinə namizədliyini də irəli sürüb və seçkilərdə saxtakarlıq olduğunu iddia edib.

O, bəzi bəyanatlarına bir vaxtlar görə ev həbsinə də məhkum edilib.

Xatırladaq ki, bundan əvvəl İslahat Cəbhəsi və Millətin Birliyi partiyasının sədri Azər Mənsuri, keçmiş parlamentari Ebrahim Əsğərzadə, sabiq diplomat Mohsen Əminzadə və İslahat Cəbhəsinin mətbuat katibi Cəvad Emam təhlükəzlik qüvvələri tərəfindən həbs olunub.

APA

Chosen
21
6
herbiand.az

8Sources