ABŞ-ın nəqliyyat və çatdırılma nəhəngi "Uber", Türkiyə bazarındakı mövqeyini gücləndirmək üçün yeni bir addım atıb.
Marja xəbər verir ki, Şirkət, "Getir Perakende"nin səhm paketini almaq üçün əsas səhmdar "Mubadala" ilə razılığa gəldiyini açıqlayıb.
"Uber" və "Mubadala" arasında "Getir Perakende"dəki səhm transferi ilə bağlı razılaşma əldə olunub. Rəsmi açıqlamada əməliyyatın maliyyə həcmi barədə məlumat paylaşılmayıb.
Əhatə dairəsi: Yemək, qida və pərakəndə satış
Şirkətin yaydığı press-relizdə qeyd olunub ki, satınalma yemək, qida, pərakəndə məhsullar və su satışını əhatə edir. Bu addım "Uber"in çatdırılma tərəfdəki fəaliyyət sahəsini daha da genişləndirir.
“Ekosistemi böyütmək istəyirik”
"Uber"in İcraçı direktoru Dara Khosrowshahi açıqlamasında şirkətin Türkiyədə əvvəlki addımlarına toxunub. Khosrowshahi, "Uber"-in "Trendyol GO" investisiyasını xatırladaraq bildirib:
“Öndə gedən bu platformaları bir araya gətirərək, canlı və rəqabətcil ekosistemin böyüməsini dəstəkləməyi hədəfləyirik.”
May ayında "Uber", "Trendyol GO"nun 85%-lik səhm paketini 700 milyon dollar qarşılığında almaq üzrə razılığa gəldiyini açıqlamışdı. "Getir Perakende" əməliyyatı "Uber"in Türkiyəyə yönəlmiş uzunmüddətli çatdırılma və sürətli ticarət strategiyasını ortaya qoyur.
Getir: 11 illik fəaliyyət tarixi
2015-ci ildən fəaliyyət göstərərn "Getir" istifadəçilərinə market və restoran məhsullarını çatdırır.