EN

Maliyyə Nazirliyi ötən il 150 hüquqi aktın layihəsini hazırlayıb

2025-ci ildə Maliyyə Nazirliyi 150 hüquqi aktın layihəsini hazırlayıb, bunun 45-i təsdiqlənib.

Bakıvaxtı.az bu barədə nazirliyə istinadən xəbər verir.

Məlumata görə, il ərzində hazırlanmış hüquqi akt layihələrinin 43-ü qanun, 50-si prezident fərmanı, 9-u Nazirlər Kabinetinin qərarı, 4-ü prezident sərəncamı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü isə nazirliyin kollegiya qərarı olub.

Hesabat dövründə nazirliyə 1 248 hüquqi aktın layihəsi daxil olub ki, bunun da 1 002-nə hüquqi rəy verilib, 246-nı nazirliyin rəhbərliyi vizalayıb.

Chosen
17
2
bakivaxti.az

3Sources