Diabetik neyropatiya uzun müddət yüksək qan şəkəri nəticəsində sinirlərin zədələnməsi ilə yaranan ağırlaşmadır.
Ən çox əl və ayaqlarda hissiyatın azalması, keyimə, yanma və ağrı ilə özünü göstərir.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, bu, hissiyatın azalması xırda yaraların vaxtında hiss edilməməsinə, infeksiyalara və ağır hallarda amputasiya riskinə səbəb ola bilər. Həmçinin həzm sistemi, ürək ritmi və sidik yolları kimi daxili orqanların fəaliyyəti də pozula bilər.
Qan şəkərinə nəzarət, sağlam həyat tərzi və mütəmadi həkim müayinəsi diabetik neyropatiyanın qarşısını almaqda və ya irəliləməməsində önəmli rol oynayır.
Sinirlərinizin sağlamlığı diabet nəzarətinin ən vacib hissələrindən biridir.