BAKI, 9 fevral. TELEQRAF
“ABŞ yaxın vaxtlarda öz addımlarından peşman olacaq, regional və beynəlxalq hesablamalarda üstün mövqe İrana məxsusdur”.
Teleqraf xəbər verir ki, bunu İran parlamenti sədrinin müavini Həmidrza Hacıbabayi deyib.
“Silahlı Qüvvələrin Baş Qərargah rəisi və xarici işlər nazirinin parlamentdə təqdim etdiyi hesabat göstərdi ki, İran güclü mövqedədir və meydanda həlledici tərəfdir”, - o bildirib.