EN

Bakı və İrəvan arasında Olimpiya mübahisəsi həll olundu

ain.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

25-ci Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlərin "Artsax" mahnısından istifadə etmələri ilə bağlı Azərbaycan tərəfinin şikayəti təmin olunub. 

"Unikal" xəbər verir ki, bu barədə "The Guardian" yazıb. 

Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmani və Karina Akopovan yarış zamanı "Ara Gevorgyanın musiqisi"ndən istifadə edəcəklər. 

""Artsax" adı əvəzinə "Ara Gevorgyanın musiqisi" elan ediləcək. Ermənistan və Azərbaycan arasında "Olimpiya" mübahisəsi həll olunub",  -deyə məlumatda qeyd olunub. 

Xatırladaq ki, Azərbaycan Milli Olimpiya Komitəsi 25-ci Qış Olimpiya Oyunlarında Ermənistanı təmsil edən fiqurlu konkisürənlər Nikita Raxmanin və Karina Akopovanın yarış zamanı "Artsax" mahnısından istifadə etmələri ilə bağlı şikayət ərizəsi təqdim edib. 

Ağarza Elçinoğlu

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
unikal.az

2Sources