EN

Dilçilik İnstitutunun Elmi şurasının iclasında bir sıra qərarlar qəbul olunub

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 9 fevral, AZƏRTAC

Fevralın 9-da AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda müəssisənin direktoru professor Nadir Məmmədlinin sədrliyi ilə ilin ilk Elmi şura iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, elmi katib filologiya elmləri doktoru Aynel Məşədiyeva iclasda Elmi şuranın 2026-cı il üçün iş planının təsdiqi, şöbələr üzrə tədqiqat işlərinin fərdi planlarının təsdiqi, struktur və kadr məsələləri, elmi və inzibati vəzifələr üzrə elan olunmuş müsabiqələrin keçirilməsi məsələlərinin müzakirə olunacağını diqqətə çatdırıb.

Müzakirə zamanı Dilçilik İnstitutunun Müasir Azərbaycan dili şöbəsinin nəzdində Müasir Azərbaycan dili və nitq mədəniyyəti şöbəsinin yaradılması məsələsinə baxılıb və müvafiq qərar qəbul olunub. Həmçinin Nəzəri dilçilik şöbəsində kadr dəyişikliyi məsələsinə baxılıb və səsvermə əsasında professor İlham Tahirov həmin şöbənin müdiri vəzifəsinə seçilib.

Elmi şuranın tərkibində qismən dəyişiklik edilməsi məsələsi də müzakirə edilib və təqdim olunan təkliflər şura üzvləri tərəfindən təsdiqlənib.

İclasda Azərbaycan-Özbəkistan elmi əməkdaşlığına verdiyi töhfələrə, eyni zamanda, təhsil sahəsində səmərəli fəaliyyətinə görə Özbəkistan Respublikası Nəvai adına Dövlət Universiteti və Nəvai adına İnnovasiya Universitetinin əməkdaşı dosent Gülsənəm Norovanın Dilçilik İnstitutunun Elmi şurası tərəfindən fəxri fərmanla təltif olunması məsələsi də təsdiqini tapıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
azertag.az

1Sources