EN

ABŞ ın 9 hərbi təyyarəsi Bakıya, 12 si isə İrəvana eniş etdi

Axar.az saytına istinadən ain.az xəbər verir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin gəlişindən əvvəl Ermənistan və Azərbaycana Amerika Hərbi Hava Qüvvələrinin ən azı 20 hərbi təyyarəsi gəlib.

Axar.az xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Məlumata görə, təyyarələrin əksəriyyəti 4-8 fevral tarixləri arasında İrəvan və Bakıya çatıb:

“12 hərbi nəqliyyat təyyarəsi Ermənistana, daha doqquz təyyarə isə Azərbaycana enib. Təyyarələr əsasən ABŞ-dakı bazalardan uçub və yanacaq doldurma əməliyyatı Almaniyadakı “Ramşteyn” bazasında həyata keçirilib. Demək olar ki, bütün uçuşlar 77,5 tona qədər daşıma qabiliyyətinə malik ağır hərbi nəqliyyat təyyarəsi olan “Boinq C-17A Qlobmaster III”də həyata keçirilib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
26
2
axar.az

3Sources