2025-ci ildə Maliyyə Nazirliyi 150 hüquqi aktın layihəsini hazırlayıb, bunun 45-i təsdiqlənib.
"Report" bu barədə nazirliyə istinadən xəbər verir.
Məlumata görə, il ərzində hazırlanmış hüquqi akt layihələrinin 43-ü qanun, 50-si prezident fərmanı, 9-u Nazirlər Kabinetinin qərarı, 4-ü prezident sərəncamı, 40-ı Nazirlər Kabinetinin sərəncamı, 4-ü isə nazirliyin kollegiya qərarı olub.
Hesabat dövründə nazirliyə 1 248 hüquqi aktın layihəsi daxil olub ki, bunun da 1 002-nə hüquqi rəy verilib, 246-nı nazirliyin rəhbərliyi vizalayıb.