EN

Ərim evə gəldi və otağında Qumru ilə görüntülü danışmağa başladı Məhkəmə

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Bakının Xəzər rayonunda 1981-ci il təvəllüdlü Ehtiram ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı İradəyə (adlar şərtidir – red.) xəsarət yetirib. Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyulun 26-da rayonun Binə qəsəbəsində baş verib. Ehtiram həmin gün saat 22:00-da yaşadıqları evdə arvadı İradə ilə mübahisə edib. Mübahisə zamanı arvadının qolunu burub, onun baş və bədən nahiyəsinə zərbələr vurub. Ehtiramın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. O, ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, 2001-ci ildə İradə ilə rəsmi nikaha daxil olub, 2022-cu ildə isə İradənin müraciəti əsasında nikahları pozulub:“Onunla birgə nikahdan 3 övladım var. İradə ilə aramızda əvvəl bir neçə dəfə ailə-məişət münaqişəsi zəminində mübahisələrimiz olub. Mən isə övladlarıma görə ailəmin dağılmasını istəməmişəm”. Ehtiram qeyd edib ki, iyulun 26-da, saat 22 radələrində yaşadığı evində olan zaman tanışı Binə qəsəbəsində yaşayan Cəmilə adlı şəxs ona mobil telefon vasitəsi ilə mesaj yazıb və İradənin ona xəyanət etməsini deyib: “Buna görə İradə ilə mübahisə etməyə başladım. Mübahisə zamanı o, məni söyüb təhqir etdi. Buna görə də əsəbiləşərək sağ qol nahiyəsini burdum, daha sonra baş və bədən nahiyəsinə vuraraq xəsarət yetirdim”.Zərərçəkmiş İradənin sözlərinə görə, Cəmilə adlı qadını təxminən 8-9 ildir tanıyır: “Cəmilənin mənə 300 manat borcu var. Ondan borcumu tələb etdiyi üçün mənimlə qərəzlidir. Onu ərim Ehtiram da tanıyır. İyulun 26-da, saat 22 radələrində oğlum Ramil ilə evdə olan zaman ərim evə gəldi və öz otağında sevgilisi Qumru ilə görüntülü danışdı. Mən otağa daxil oldum və bu zaman məni söyərək təhqir etdi. Buna görə Ehtirama irad bildirdim. O, isə sağ qolumu burdu, baş və bədən nahiyəmə qəsdən vuraraq xəsarət yetirdi”.

Zərərçəkmiş ifadəsinin sonunda Ehtiramla barışdığını, ona qarşı şikayətini olmadığını deyib. Məhkəmə hökm çıxaran zaman onların barışmasını nəzərə alıb. Xəzər Rayon Məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
48
demokrat.az

1Sources