EN

Azərbaycanda ət məhsulları bahalaşacaq SƏBƏB BUDUR

ain.az, Konkret.az portalına istinadən məlumat verir.

Türkiyədən toyuq məhsullarının ixracının dayandırılması daxili bazarda qiymət artımı ilə bağlı narahatlıqları artırıb. Xüsusilə, toyuq ətinin bahalaşmasının digər ət məhsullarının, mal və qoyun ətinin qiymətlərinə mümkün təsiri müzakirə olunur. Maraqlıdır, toyuq ətinin bahalaşması digər ət məhsullarının (mal, qoyun) qiymətinə də təsir göstərə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, bu qərar dolayı yolla digər ət məhsullarının qiymətinə təsir göstərə bilər. Lakin bu təsir birbaşa və dərhal hiss olunmayacaq.

“Toyuq əti adətən bazarda ən ucuz protein mənbəyi hesab olunur və qiyməti artdığı zaman alıcıların bir hissəsi məcburən mal və qoyun ətinə yönəlir. Nəticədə həmin məhsullara tələbat artır və bu da qiymətlərdə yuxarı təzyiq yaradır”.

Akif Nəsirli qeyd edib ki, xüsusilə mal əti onsuz da baha olduğu üçün tələbatdakı cüzi artım belə qiymətlərdə daha tez hiss olunur. Bununla yanaşı, yem xərcləri, idxal imkanları və yerli istehsalın mövcud vəziyyəti də qiymətlərin formalaşmasında mühüm rol oynayır.

İqtisadçının fikrincə, əgər toyuq ətində bahalaşma uzunmüddətli xarakter alsa, alternativ ət məhsullarında qiymət artımı ehtimalı daha da yüksələcək. Qısa müddətdə isə bu təsirin zəif olacağı və bazarda ciddi dəyişiklik yaratmayacağı istisna edilmir.

Aynurə İsmayıl

KONKRET.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
31
1
konkret.az

2Sources