EN

Dehlidə təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib Bomba həyəcanı

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Hindistanın paytaxtı Dehlidə bir neçə məktəbə bomba qoyulmasına dair elektron poçt vasitəsilə daxil olan təhdidlərlə əlaqədar təhlükəsizlik qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib.

Oxu.Az xəbər verir ki, bu barədə "The Times of India" məlumat yayıb.

Bildirilib ki, təhsil müəssisələrindəki şagirdlər və işçilər təxliyə edilib, hadisə yerinə polis və bomba zərərsizləşdirmə mütəxəssisləri gəlib.

Kibercinayətkarlıqla mübarizə əməkdaşları təhdidləri edən elektron poçtların idarəedicilərini araşdırır və eyni zamanda əvvəlki günlərdə Yeni Delhinin mərkəzindəki Hindistan parlamentinin binasını da bombalamaqla hədələyən cinayətkarı axtarırlar.

Yanvar ayında da hakimiyyət orqanları elektron poçt vasitəsilə oxşar təhdidlər aldıqdan sonra paytaxtdakı məktəblərdə təhlükəsizliyi artırmışdı.

Aparılan araşdırmaların nəticələrinə görə, yayılan məlumatların yalan olduğu ortaya çıxıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
59
oxu.az

1Sources