EN

Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə etiraz

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb.
BUTA.TV xəbər verir ki, Artur Balıyev yanvarın 30-da Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində bir qrup şəxsin hücumuna məruz qalıb. Həmin şəxslər iddia ediblər ki, guya Arturun anası Nataliya Balıyeva idarə etdiyi maşınla onların maşınlarını sürtməklə zədələyib. Araşdırma zamanı Artur Balıyev qarşı tərəfə - Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimova iddialarının əsassız olduğunu, onlara məxsus nəqliyyat vasitəsindəki cızıqların anasına məxsus maşınla sürtünmədən əmələ gəlmədiyini sübut edə bilib. Bu zəmində yaranan mübahisə Artur Balıyevin döyülməsi, xəstəxanalıq olması ilə nəticələnib. Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa az ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi başlanıb. BALİ.jpgƏməkdar artist Nataliya Balıyeva Musavat.com-a açıqlamasında hadisəni törətməkdə şübhəli bilinən şəxslərin azadlıqda gəzmələrindən şikayətlənib: “Turxan Zeynalov, Ramil Zeynalov və Asəf Rəhimov mənim oğlumu heç bir günahı olmaya-olmaya son dərəcə qəddarlıqla döyüb xəsarət yetiriblər. Binəqədi Rayon Məhkəməsi isə hər üçünü ev dustaqlığına buraxıb. Hakimin özünün qardaşını, yaxın adamını o şəkildə döyüb xəsarət yetirsəydilər, eyni qərarı verərdi?” Əməkdar artist deyib ki, oğlu hazırda ev şəraitində müalicəsini davam etdirir:“Artur hazırda evdədir, ev şəraitində müalicə olunur, işə çıxa bilmir, ağrıları var və hərəkət etməkdə çətinlik çəkir. Həkimlər də deyir ki, onun xəsarətlərinin nəticəsi 2-3 ilə özünü büruzə verəcək. Hadisəni törədən 3 nəfər daha sonra buraxıldı. Bu məni və oğlumu çox narahat edir. Həmin şəxslər qəsdən hücum edərək oğluma xəsarətlər yetiriblər. Cinayəti əvvəldədən planlaşdırıbar, yaşadığımız evin qarşısına gəliblər, oğlumun nömrəsini necəsə tapıblar. Həm də bütün bu hadisələr mənim gözüm önündə baş verib. Bunlar bir ana kimi məni çox incidir. İstintaqdan tələbim odur ki, 4-cü adamı da tapıb məsuliyyətə cəlb etsinlər. Bu hərəkətləri edənlər layiqli cəza alsınlar. Nədənsə 4-cü şəxs hələ də tutulmayıb, bu da bizi narahat edir. Onlar ictimai təhlükəli şəxslərdir, cəmiyyət üçün narahatlıq yaradırlar. Niyə barələrində həbs qətimkan tədbiri deyil, ev dustaqlığı seçilib?”

Qeyd edək ki, Daxili İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb. Bildirilib ki, hadisə yerində mövcud olan kamera görüntüləri və digər sübutlar istintaq predmetidir, xəsarətin dərəcəsinin müəyyən edilməsi üçün müvafiq ekspertizalar təyin olunub.

Chosen
56
4
buta.tv

5Sources