EN

2 Rusiya vətəndaşı Almaniyada hamilə qazaxıstanlı qadını QƏTLƏ YETİRDİ

ain.az, Bizim media portalına istinadən məlumat verir.

Almaniyada Qazaxıstanın sabiq hakimi Ayqul Saylıbayevanın qətli araşdırılır. Bizim.Media xəbər verir ki, Baza Telegram kanalının məlumatına görə, cinayətdə iki Rusiya vətəndaşı iştirak edib və onlar Rusiyaya qaçıblar.Qadının cəsədi 2024-cü ilin yayında Almaniyanın Benshaym şəhərində tapılıb. Jurnalistlərin yazdığına görə, Almaniya polisi Saylıbayevanın əri və qayınanası ilə bağlı suallar irəli sürüb.Qayınanası Natalya D. gəlininin yoxa çıxdığı gecə Almaniyanı tərk edib, Ayqulun əri Aleksandr D. isə arvadının axtarışlarında fəallıq göstərməyib. Hazırda hər ikisi Ayqul Saylıbayevanın amansız qətli işi üzrə axtarışa verilib.Saylıbayevlər ailəsinin maraqlarını təmsil edən vəkil bildirib ki, Ayqul 2015-ci ildə Böyük Britaniyada Aleksandr D. ilə tanış olub. Dörd il sonra evləniblər, lakin qızları Jaklin doğulduqdan sonra ailədə münaqişələr başlayıb. Vəkilin sözlərinə görə, Aleksandr aqressiv davranışlar, o cümlədən fiziki zorakılıq göstərib.Bundan əlavə, Ayqulun qayınanası Natalya D. ilə münasibətləri də gərgin olub ki, bu da ailədəki vəziyyətə təsir etmiş ola bilər.4 iyun 2024-cü ildə Ayqul müəmmalı şəkildə yoxa çıxıb. Qazaxıstandakı yaxınları onunla əlaqə yarada bilməyib, əri isə həyat yoldaşının harada olduğunu izah edə bilməyib. Bir həftədən çox polis və könüllülər Ayqulu axtarıblar və nəhayət, yerli göl yaxınlığında çemodanda qadın qalıqları tapılıb. Ekspertiza bunun Ayqul Saylıbayeva olduğunu təsdiqləyib. Həmçinin müəyyən edilib ki, ölüm anında o hamilə olub.

 

İstintaq dərhal qayınana Natalya Dontsovanın şəxsiyyəti ilə maraqlanmağa başlayıb. Ayqulun yoxa çıxdığı gecə o, yüngül əşyalarla Almaniyadan uçub gedib. Hava limanındakı kameralar qadının əlinin zədələndiyini qeydə alıb.

İş üzrə əsas sübutlar ərinin mənzilində və zirzəmisində, eləcə də qayınananın avtomobilində tapılan qan izləri olub. Bundan başqa, üzərində Ayqulun və Natalya Dontsovanın DNT-si olan ehtimal edilən qətl aləti aşkarlanıb. Qadın beynəlxalq axtarışa verilsə də, Rusiya ilə Avropa İttifaqı arasındakı mövcud diplomatik çətinliklər səbəbindən Natalya Dontsova hazırda Moskvada sərbəst yaşayır. Onun oğlu Aleksandr da Moskvadadır və Milli Tədqiqat Universiteti – Ali İqtisad Məktəbində (HSE) çalışır.Hazırda Saylıbayevanın qohumları günahkarların məsuliyyətə cəlb olunmasını tələb edirlər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
20
2
bizim.media

10Sources