EN

Bəzi hallarda bələdiyyə torpağının qiyməti beş dəfə artıq göstərilir - Tahir Rzayev

Bakı. Trend:

Bələdiyyələrlə Daşınmaz Əmlakın Dövlət Kadastrı və ReyestriPublik Hüquqi Şəxsi arasında əməkdaşlıq daha dayaxşılaşdırılmalıdır. Bu sahədə müəyyən hüquqi məsələlər hələ dəhəllini tapmayıb.

Trend xəbərverir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri TahirRzayev Regional məsələlər komitəsinin bugünkü iclasındabələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsiilə bağlı Ədliyyə Nazirliyinin 2025-ci il üzrə illik məruzəsininmüzakirəsi zamanı deyib.

Millət vəkili vurğulayıb ki, hazırda bələdiyyə torpaqlarınaqiymət müəyyən ediliB. Lakin bəzi hallarda torpağın qiyməti həminhüquqi şəxs tərəfindən beş dəfə artıq göstərilir.

“Yerdə çoxsaylı sənədlər aylarla həll olunmadan qalır vənəticədə vətəndaş torpağı ala bilmir. Məsələn, vətəndaşın 7 sottorpağı olur, illər sonra ölçmə aparılır və məlum olur ki, bunun 2sotu müsadirə olunmuş torpaq kimi qiymətləndirilir. Bunu 500–600manat dəyərində qiymətləndirirlər, lakin reyestr xidməti tərəfindənbu qiymət bir neçə dəfə artıq müəyyən olunur.

Reyestr orqanları da haqlıdırlar, çünki onlar dövlət büdcəsinəvəsaitin daxil olmasında maraqlıdırlar. Ancaq bəzi hallardavətəndaşın bu məbləği ödəmək imkanı olmur. Qiymətləndirmə həddindənartıq yüksək olduğuna görə sənədlər qalır, etirazlar yaranır vəproses ləngiyir.

Qarşılıqlı anlaşma şəraitində bu məsələ də həllini tapa bilər.Bu isə öz növbəsində bələdiyyələrin büdcəsinə xeyli vəsaitin cəlbolunmasına kömək edər”, - deyə deputat qeyd edib.

Chosen
63
2
az.trend.az

10Sources