Samuxda evdə meyit tapılıb. 1news.az-ın APA-ya istinadən məlumatına görə, rayon sakini 2000-ci il təvəllüdlü Ə.Ələkbərovun meyiti yaşadığı evdə aşkarlanıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib. Ölümün hansı səbəbdən baş verməsi məlum deyil. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.