EN

Volfqanq İşinger nədən narahatdır?

Cebheinfo saytına istinadən ain.az xəbər verir.

Münhen Təhlükəsizlik Konfransının sədri, almaniyalı diplomat Volfqanq İşinger, Ukraynada döyüşlərin dayanmasının NATO-nun şərq cinahında mövcud təhdidləri artıra biləcəyini bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İşinger qeyd edib ki, Rusiyanın hərbi təhlükəsi, xüsusilə Almaniya üçün, Ukraynada mümkün atəşkəsin Rusiyanın qərb hərbi bölgələrindəki hərbi yerləşdirmələrini məhdudlaşdıran bir razılaşma ilə müşayiət olunmaması halında daha da güclənə bilər.

Onun sözlərinə görə, Ukraynada atəşkəs Rusiyanın hərbi imkanlarını real şəkildə məhdudlaşdırmırsa, təhlükə azalmaq əvəzinə arta bilər:

“Ukraynada atəşkəs əldə edildikdən sonra Rusiya Prezidenti Vladimir Putin silahlanma proqramını daha rahat şəkildə davam etdirə bilər və bu da NATO-nun şərq cinahındakı təhlükələri daha da dərinləşdirə bilər”.

İşinger Ukraynada davam edən müharibəni Almaniya və Avropa üçün “taleyüklü məsələ” adlandırıb:

“Ukrayna müharibəsinin necə başa çatacağı Avropanın gələcəyinə birbaşa təsir göstərəcək”.O, Rusiyanın hərbi gücünün məhdudlaşdırılmaması halında Avropada təhlükəsizlik balansının pozula biləcəyi barədə xəbərdarlıq edib.

İşingerin açıqlamaları Avropanın Ukraynadakı müharibənin nəticələri ilə bağlı ciddi narahatlıqlarını əks etdirir.

Rusiyanın hərbi potensialının məhdudlaşdırılmaması Avropanın şərqində yeni təhlükəsizlik böhranına yol aça bilər. 

Bu səbəbdən Ukraynada münaqişənin həlli prosesində Rusiyanın hərbi imkanlarının məhdudlaşdırılması Avropanın təhlükəsizliyi baxımından həlledici əhəmiyyət daşıyır.

İşinger vurğulayıb ki, Ukraynada müharibənin sona çatması Avropanın təhlükəsizlik balansını zəiflədə bilər:

“Rusiyanın hərbi gücünə məhdudiyyət qoyulmadığı təqdirdə NATO-nun şərq cinahında yerləşən ölkələr üçün risklər arta bilər. Bu baxımdan, Ukrayna münaqişəsinin həlli Avropanın uzunmüddətli təhlükəsizlik strategiyaları ilə uzlaşmalıdır”.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
1
cebheinfo.az

2Sources