EN

Ötən həftə 223 partlamamış hərbi sursat zərərsizləşdirilib

Bakı.Trend:

Azad olunan ərazilərdə fevralın 2-dən 8-dək 8 tank əleyhinəmina, 97 piyada əleyhinə mina, 223 partlamamış hərbi sursat (PHS)aşkarlanıb və zərərsizləşdirilib.

Trend xəbər verir ki, bu barədə Azərbaycan MinatəmizləməAgentliyinin (ANAMA) azad edilmiş ərazilərdə həyata keçirilənhumanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlikməlumatında deyilir.

Bildirilir ki, 669.1 hektar ərazi minalardan təmizlənib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, MüdafiəNazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət SərhədXidməti (DSX) və dörd özəl şirkət Tərtər, Ağdərə, Kəlbəcər, Ağdam,Xocalı, Xankəndi, Şuşa, Xocavənd, Laçın, Füzuli, Cəbrayıl, Qubadlıvə Zəngilan ərazilərində, o cümlədən Qazax rayonunun işğaldan azadedilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılıkəndlərində həyata keçirib.

Məqalədə:
Chosen
12
20
az.trend.az

10Sources