EN

Zəngəzurda uran mübarizəsi Ermənilər ABŞ ın bölgədəki əsas planından qorxur

ain.az, Hurriyyet saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“TRİPP layihəsinin (Zəngəzur dəhlizi) məqsədlərindən biri Sünikin (Zəngəzur) minerallarını, o cümlədən, uran mədənlərini nəzarətdə saxlamaqdır”.

Publika.az xəbər verir ki, bu iddia ilə erməni politoloq Vahe Davtyan çıxış edib.

Davtyan erməni geoloq Petros Aloyanın 2010-cu ildə nəşr olunmuş kitabında əks olunan Ermənistanın uran və minerallarla zəngin ərazilərinin qrafiki paylaşıb.

Bildirib ki, ABŞ bu minerallar üzərində nəzarətə can atır.

“ABŞ-ın məqsədlərindən biri nüvə enerjisinin inkişaf etdiyi Çin və Rusiyadan geri qalmamaqdır. İndiyə qədər ABŞ bazarında zənginləşdirilmiş uranın ən böyük tədarükçüsü Rusiyadır. Bununla yanaşı, Niger və Qabonda mövqeləri zəifləyən Fransanın uran tədarükünü şaxələndirmək siyasətinin qarşısını almağa çalışır. Tramp Avropa bazarına müstəmləkə zonası kimi baxır. TRİPP ümumiyyətlə çoxsaylı logistika, enerji, mədən və hərbi-siyasi məsələlərin həllinə imkan verən Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizində Vaşinqtonun mövcudluğunu təmin edir”, - erməni politoloq iddia edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
hurriyyet.az

2Sources