ain.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
Livanın Trablusşam şəhərində bir-birinə bitişik vəziyyətdə olan iki bina çöküb. Hadisə nəticəsində 13 nəfər həyatını itirib.
Xalqcebhesi.az Livan mətbuatına istinadən xəbər verir ki, ölkənin şimalındakı Trablusşam şəhərinin Tebbene məhəlləsində dünən bir-birinə bitişik iki bina uçub. Hadisə yerinə cəlb edilən xilasetmə qruplarının apardığı axtarış-xilasetmə işləri nəticəsində indiyədək 13 nəfərin meyiti tapılıb.
Məlumata görə, dağıntılar altında qalan 9 nəfər yaralı halda xilas edilib.
Rəsmilər dağıntılar altında hələ də insanların ola biləcəyini bildirərək, bu səbəbdən axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd ediblər.
Məryəm Quliyeva
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.