04.02.2026-cı il tarixində saat 18:00 radələrində Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunan 2019-cu il təvəllüdlü azyaşlının müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
"Hazırda vəziyyəti stabil olaraq qiymətləndirilir", məlumatda bildirilir.
Xatırladaq ki, fevralın 5-də Ağcabədinin Aşağı Avşar kəndində şərti adı Pünhan olan azyaşlı müxtəlif bıçaq xəsarətləri alıb.