EN

"Barselona"dan "Real"a zərbə

"Barselona" Avropa Super Liqasından çıxdığını elan edib. Metbuat.az xəbər verir ki, bu barədə klub bəyanat yayıb. Bəyanatda deyilir ki, klub Avropa Super Liqası şirkətinə və layihədə iştirak edən klublara Avropa Super Liqası təşəbbüsündən çıxdığını bəyan edib.

Qeyd edək ki, Avropa Super Liqasının yaradılması planları 2021-ci ildə elan edilmişdi. "Barselona" mübahisəli layihəyə qoşulan ilk 12 klubdan biri idi. “Barselona” maliyyə problemlərini həll etmək üçün Avropa Super Liqası ideyasına maraq göstərirdi. Lakin klub prezidenti Joan Laporta layihənin dəstəyinin azalmasından sonra UEFA ilə daha yaxın münasibətlər quracaqlarını açıqlayıb. "Barselona"nın çıxması ilə əzəli rəqibi "Real Madrid" təşəbbüsü hələ də dəstəkləyən tək klub olaraq qalıb.

Chosen
60
metbuat.az

1Sources