EN

Azərbaycan Türkiyə Aİ qaz marşrutu siyasi baxımdan güclənir, çünki Aİ Rusiya boru xətti qazından çıxışı sürətləndirir

ain.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Aİ-nin Rəsmi Jurnalında dərc olunmuş Aİ Şurasının qərarına əsasən, Türkiyə və Azərbaycan Bolqarıstan sərhədindəki giriş nöqtələri vasitəsilə Avropa İttifaqına (Aİ) çatdırılan təbii qazın Rusiya mənşəli olmadığını sübut etməlidirlər. Türkiyə və Bolqarıstan sərhədindəki giriş nöqtələri vasitəsilə Avropa İttifaqına (Aİ) çatdırılan təbii qazın Rusiya mənşəli olmadığını sübut etməlidirlər. Türkiyə və Bolqarıstan sərhədində yerləşən Strandja-1/Malkoclar giriş nöqtəsi mühüm bir əlaqə nöqtəsi kimi müəyyən edilib. Avropa Qaz Ötürmə Sistemi Operatorları Şəbəkəsinin (ENTSOG) məlumatları göstərir ki, 2025-ci ildə bu marşrutla Bolqarıstana 1,9 milyard kubmetr təbii qaz çatdırılıb. Bu nöqtənin yaxınlığında Rusiyadan gələn TürkAxını dəniz qaz kəmərinin quruda davamı kimi xidmət edən Strandja-2/Malkoclar kompressor stansiyası da yerləşir.

Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Bizimyol.info xəbər portalına bildirib ki, bu qərar Aİ-nin sanksiya və enerji təhlükəsizliyi gündəliyinin texniki mərhələyə keçdiyini göstərir və regional əməkdaşlığa həm nizamlayıcı, həm də əməliyyat baxımından yeni çərçivə gətirir: “Azərbaycan–Türkiyə–Aİ qaz marşrutu siyasi baxımdan güclənir, çünki Aİ Rusiya boru xətti qazından çıxışı sürətləndirir. Eyni zamanda, tranzit və mənşə ilə bağlı tələblərin sərtləşməsi tərəfdaşlar arasında daha sıx koordinasiya, məlumat mübadiləsi və uyğunluq xərcləri tələb edəcək. Bu, əməkdaşlığı zəiflətməkdən çox, onu daha “qaydalı” və institusional edir; lakin proseslər ləng aparılarsa, qısa müddətdə əməliyyat elastikliyi azala bilər”.

Akif Nəsirli

“Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan roluna əlavə hüquqi və texniki risklər yarana bilər, amma bunlar idarəolunan risklərdir. Hüquqi müstəvidə risk ondan ibarətdir ki, mənşə sübutu ilə bağlı standartlar aydın və vahid tətbiq olunmazsa, tədarükçülər mübahisəli yoxlamalarla üzləşə bilər. Texniki tərəfdə isə qazın müxtəlif mənbələrdən qarışması ehtimalı, balanslaşdırma əməliyyatları və geri axın mexanizmləri əlavə nəzarət tələb edir. Bununla belə, Azərbaycan üçün üstünlük ondadır ki, istehsal və ixrac zənciri nisbətən şəffafdır. Uzunmüddətli müqavilələr, ayrılmış marşrutlar və ölçmə infrastrukturu bu riskləri azaltmağa imkan verir”-deyə Akif Nəsirli qeyd edib.

Akif Nəsirli bildirib ki, Bolqarıstan sərhədindəki kompressor stansiyaları üzərindən daşınan qazın mənşəyinin sübutu praktikada bir neçə mexanizmlə həyata keçirilə bilər: “Birincisi, “molekulyar deyil, kommersiya mənşəyi” yanaşması tətbiq olunur: yəni fiziki qaz molekulunun deyil, müqavilə və balanslaşdırma qeydlərinin izlənməsi. İkincisi, giriş-çıxış nöqtələrində sertifikatlaşdırılmış ölçmə, kütlə balansı və nominasiya/renominasiya məlumatları ilə uyğunluq yoxlanılır. Üçüncüsü, uzunmüddətli tədarük müqavilələri, istehsalçı sertifikatları və mənşə bəyannamələri ilə hüquqi sübut paketi formalaşdırılır”.

Akif Nəsirlinin fikirncə, milli tənzimləyicilər və ENTSOG çərçivəsində audit və məlumat mübadiləsi aparılır: Bu alətlər birlikdə işlədikdə, Aİ-nin “Rusiya mənşəli deyil” tələbi əməliyyat baxımından icra oluna bilən və proqnozlaşdırıla bilən hala gəlir”.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
17
icma.az

1Sources