Hesabalama Palatasının bir ayda eyni mövzu ilə bağlı elan etdiyi tender ikinci dəfə ləğv edilib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə açıq mənbələrdə məlumat yayılıb.
Belə ki, Palata 2026-cı il üçün istifadəsində olan avtomobillərinə Aİ95 markalı benzin almaq üçün tender elan edib. Lakin 31 min 605 litr benzin alınması üçün 50 min 568 manat ödəniş etməyə hazır olduğunu da qeyd edib. Lakin yanvarda, ardından da dünən elan edilmiş tenderin nəticələri ləğv edilib. Ləğvə səbəb isə satınalmada iştirak edən təchizatçıların sayı üçdən az olması olub.//Tribuna.az