EN

Trampın tərəfdarları yenə uduzdu Prezident seçkilərin saxtalaşdırıldığını iddia edib

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Trampın əsas tərəfdarlarının yerli seçkilərdə ardıcıl siyasi məğlubiyyətlər davam edir.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, Luiziana ştatının yerli Nümayəndələr Palatasına (ştatın 60-cı dairəsi) keçirilən seçkilərdə Demokrat Partiyasının namizədi Çesiti Martines rəqibini 24 faiz fərqi ilə məğlub edib.

Qeyd edək ki, Luiziana ənənəvi olaraq “qırmızı ştat”, yəni respublikaçıların üstünlük təşkil etdiyi bölgə hesab olunur. Xüsusilə 60-cı dairə 2016-cı ildən bəri prezident seçkilərində Trampa səs verən dairələrdən biri olub. Bu səbəbdən demokratların sözügedən dairədə qələbəsi respublikaçılar üçün ciddi siqnal kimi dəyərləndirilir.

Müşahidəçilər respublikaçıların son dövrdə ard-arda uğursuzluqlarını noyabrda keçiriləcək Konqresə ara seçkilər ərəfəsində “mavi dalğa”nın (demokratların yüksəlişi) əlamətləri kimi qiymətləndirirlər.

Trampın artan narahatlığı isə onun son açıqlamalarında açıq şəkildə hiss olunur. Prezident bildirib ki, “Amerikada seçkilər saxtalaşdırılır, oğurlanır və bütün dünyada məsxərəyə çevrilib. Ya biz bunu düzəldəcəyik, ya da ölkəmizi itirəcəyik”.

Məlumata görə, Tramp Konqres seçkilərində demokratların şanslarını azaltmaq məqsədi daşıyan yeni seçki qanunu təşəbbüsü üzərində çalışır. Bu təşəbbüs ətrafında yaxın aylarda son dərəcə gərgin siyasi mübarizənin gedəcəyi gözlənilir. Analitiklər hesab edirlər ki, Tramp məğlubiyyətdən yayınmaq üçün faktiki olaraq seçki sisteminin qaydalarını dəyişməyə cəhd göstərəcək.

Ekspertlərin proqnozlarına görə, əgər 2026-cı ildə respublikaçılar Konqresin hər iki palatasına nəzarəti itirsələr, Trampın siyasi təsir imkanları kəskin şəkildə zəifləyəcək. Mövcud siyasi dinamika isə proseslərin məhz bu istiqamətdə getdiyini göstərir.

“AzPolitika.info”

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
56
azpolitika.info

1Sources