EN

Azərbaycan Müdafiə Nazirliyinin rəhbərliyi WDS-2026-da nümayiş etdirilən hərbi məhsullarla tanış olub

Azərbaycan Müdafiə Nazirliyinin rəhbər heyəti Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “World Defense Show 2026” (WDS-2026) beynəlxalq müdafiə sənayesi sərgisində iştirak edib.

Müdafiə Nazirliyindən “Poliqon”a verilən məlumata görə, dünyanın tanınmış və aparıcı şirkətlərinin iştirak etdiyi sərgidə Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” Qapalı Səhmdar Cəmiyyətinin stendində şirkətin və ölkəmizdən olan digər özəl şirkətlərin məhsulları təqdim olunub.

Nazirliyin rəhbər heyəti stendlərdə nümayiş olunan müasir silah, texnika, aviasiya və uçuş vasitələrinin nümunələri, eləcə də süni intellekt və kibertəhlükəsizlik sahələrində ən son yeniliklər ilə tanış olub.

Səfər zamanı müdafiə naziri general-polkovnik Zakir Həsənov Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman və bir sıra şirkət rəhbərləri ilə görüşüb. Görüşlərdə hərbi-texniki əməkdaşlıq istiqamətində qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, müdafiə sənayesi üzrə mühüm platforma hesab olunan “World Defense Show” sərgisi dünyanın qabaqcıl şirkətlərini bir araya gətirir, innovativ texnologiyalar üzrə təqdimatlar, strateji əməkdaşlıq və işgüzar görüşlərə ev sahibliyi edir.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

c8643b192f398aca200a69add01741d8

d1908d0da3ece4b28e3e199b70b8ff53

db872e5e0b451efbaef3a4d505b13049

e008a0e7420a0e54fb918985a9684798

ebd44490adf4afbbe134c0f5b1ded1d3

Chosen
60
21
poliqon.az

10Sources