EN

Azərbaycan Türkiyədən kimyəvi məhsulların idxalına çəkdiyi xərci azaldıb

Bu ilin yanvar ayında Azərbaycan Türkiyədən 37,028 milyon ABŞ dolları dəyərində kimyəvi maddələr və məhsullar idxal edib.

"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,2 % azdır.

Hesabat dövründə Türkiyənin kimyəvi maddələr və məhsullar ixracının ümumi dəyəri illik müqayisədə 10,4 % azalaraq 2 milyard 286 milyon ABŞ dolları olub.

Türkiyədən ən çox idxalı Hollandiya 167,519 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 44 % çox), ABŞ 137,613 milyon ABŞ dolları (9,8 % çox) və İtaliya 119,674 milyon ABŞ dolları (3,1 % az) həyata keçirib.

"Cebheinfo.az"

Chosen
5
1
cebheinfo.az

2Sources