EN

“Avlu” serialının layihəsi təxirə salındı

ain.az, Olay.az portalına istinadən məlumat verir.

Maraqlarla gözlənilən “Avlu” serialı kanal satışı baş tutmadığı üçün layihə təxirə salınıb.

OLAY yazır ki, Limon Film 12 aprel tarixində “Avlu” serialının tizerini yayımlamış və “Əfsanə serial geri qayıdır” mesajı ilə yeni yayım mövsümündə layihənin tamaşaçı ilə görüşəcəyini açıqlamışdı. 2018–2019-cu illər arasında yayımlanan serial üçün Show TV ilə müqavilə mərhələsinə gəlinmişdi. Ceren Moray, Nergis Öztürk, Su Burcu Yazgı Coşkun, Esra Dermancıoğlu, Ummu Putgül, Ayça Damgacı və Alican Yücesoyla razılıq əldə olunmuşdu. Son olaraq Limon Film-in sahibi Hayri Aslanın aktrisa Vahide Perçinə ssenari göndərdiyi gündəmə gəlmişdi. Ancaq Show TV-yə qəyyum təyin edildikdən sonra serialın müqavilə prosesi tamamlanmayıb. Bu səbəbdən də layihə təxirə salınıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
31
olay.az

1Sources