"Real"ın ulduzu Kilian Mbappenin anası və eyni zamanda onun agenti funksiyasını yerinə yetirən Fayza Lamari “Real”dan ildə 4,5 milyon avro maaş alır.
Publika.az xəbər verir ki, bu barədə "A Bola" məlumat yayıb.
Təbii ki, bu məbləğ ayrıca ödəniş deyil, oğlunun gəlirinin bir hissəsidir. Transfer zamanı tərəflər 30 faiz pay üzərində razılığa gəliblər.
Məlumata əsasən, “kral klubu”nun heyətində maaşı Lamaridən az olan 10 futbolçu var.
Qeyd edək ki, maaşın müəyyən hissəsinin agentə ödənilməsi futbolda geniş yayılmış praktikadır. Konkret faizi isə birbaşa futbolçunun özü müəyyənləşdirir.