EN

“Xankəndi” futbol klubunun yeni təyin edilən baş məşqçisi İDMAN.BİZ-ə AÇIQLAMA VERİB + FOTO/VİDEO

“Bir neçə yerdən təkliflərim olsa da, Xankəndinin adı mənim üçün böyük önəm kəsb etdi”.

Bu sözləri İdman.Biz-ə açıqlamasında “Xankəndi” futbol komandasının yeni baş məşqçisi Zaur Hacıyev deyib.

Mütəxəssis xatırladıb ki, Xankəndi uzun illər düşmən tapdağı altında olub, lakin ordumuzun, cənab prezidentin və xalqımızın iradəsi ilə düşmən tapdağından azad edilib.

“Xankəndi nəyin ki ölkənin ikinci liqasında, hətta gələcəkdə Avropada Azərbaycanı təmsil etməlidir. “Xankəndi” ilə böyük nailiyyətlər əldə edəcəyimə inanıram və bunun üçün səy göstəririk”.

Zaur Hacıyev klubun hazırı hədəfinə də toxunub.

“Hədəfimiz İkinci Liqada çempionluqdur. Əsas rəqibimiz “Qaradağ Lökbatan” təcrübəli komanda olsa da, inanırıq ki, bu liqada çempion olmağı bacaracağıq”.

Xatırladaq ki, bu dəqiqlərdə Bakıda, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda “Xankəndi” və “Zəngəzur” komandaları arasında yoldaşlıq oyunu keçirilir.

İdman.Biz
Chosen
60
1
idman.biz

2Sources