
Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli görkəmli sənətkar Aybəniz Haşımova ilə bağlı əmr imzalayıb.
Missiya.Az-ın rəsmi mənbələrə istinadən verdiyi məlumata görə, Aybəniz Haşımova A.M Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunub.
Bununla bağlı müvafiq əmr 6 fevral tarixində imzalanıb.
A.Haşımova bu gün Mədəniyyət Mərkəzinin kollektivinə təqdim olunub.
Aybəniz Haşımova uzun illərdir ki, Azərbaycan musiqi mədəniyyətinə özünəməxsus səsi, sənətə bağlılığı və yüksək peşəkarlığı ilə dəyər qatan sənətkardır. Onun yaradıcılığı milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncə ilə yoğrulmuş parlaq sənət yolunun nümunəsidir.
Bu gün Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin olunması təsadüfi deyil. Bu, dövlətin və cəmiyyətin onun sənətinə, təşkilatçılıq bacarığına və mədəniyyətə xidmətlərinə verdiyi yüksək qiymətin göstəricisidir.
Əminik ki, Aybəniz Haşımovanın rəhbərliyi ilə Mədəniyyət Mərkəzi yeni uğurlara imza atacaq və milli-mənəvi dəyərlərimizin qorunması və təbliği istiqamətində mühüm layihələr həyata keçiriləcək.
Yeni vəzifəsində ona uğurlar, möhkəm cansağlığı və daim yüksələn yaradıcılıq enerjisi arzulayırıq.
Qeyd edək ki, Aybəniz Haşımova ictimai həyatdakı fəallığı ilə də seçilir. O, Türk Ağsaqqalları Arasında Əlaqələrin İnkişafı İctimai Birliyinin (TAİB) mədəniyyət komitəsinin sədridir.