EN

Ramazan ayı yaxınlaşır - Oruc tutmağın üstünlükləri

İslam aləmində xüsusi önəm daşıyan Ramazan ayının başlamasına sayılı günlər qalıb.

BAKU.WS-in məlumtına görə, bu mübarək ay hər il milyonlarla insan üçün təkcə oruc tutmaq dövrü deyil, həm də mənəvi yenilənmə, daxili hesabat və özünüislah fürsəti kimi dəyərləndirilir.

Ramazan insanı gündəlik həyatın sürətindən ayıraraq onu daha çox düşünməyə, səbirli olmağa və mənəvi dəyərlərə yönəlməyə çağırır.

Bu ayın əsas ibadətlərindən biri olan oruc yalnız yemək və içməkdən imtina etmək anlamına gəlmir. Oruc, insanın nəfsini tərbiyə etməsi, iradəsini gücləndirməsi və mənəvi yüksəlişə doğru addımlaması üçün bir vasitədir. Ramazan dövründə insan təkcə fiziki davranışlarına deyil, eyni zamanda düşüncələrinə, sözlərinə və əməllərinə də nəzarət etməyə çalışır.

Mənəvi baxımdan oruc insanı nəfsani istəklərdən uzaqlaşdırır, səbir və şükür hisslərini gücləndirir, təqva yolunda formalaşdırır. Bu ay ibadətlərin daha dərin məna qazandığı, insanın öz daxili aləmini saflaşdırmağa çalışdığı bir mərhələ kimi qəbul edilir. Ramazan həm də tərbiyə, paklıq və özünüislah ayı hesab olunur. Çünki bu müddətdə Allaha yaxınlaşmaq və mənəvi inkişaf yolunda daha sürətli addımlar atmaq mümkündür.

Ramazanın dəyərini düzgün anlayan insanlar bu ayın bərəkətindən maksimum faydalanmağa çalışırlar. Onlar oruc və ibadətlərin verdiyi mənəvi güc sayəsində həm daxili rahatlıq tapır, həm də həyatlarında qarşılaşdıqları çətinliklərə daha sağlam yanaşma formalaşdırırlar. Bu baxımdan Ramazan ayı insan üçün həm ruhən, həm də həyat tərzi baxımından yenilənmə fürsəti kimi qiymətləndirilir.

Qeyd edək ki, bu il Ramazan ayının ilk gününün fevralın 19-na təsadüf edəcəyi gözlənilir. Fevralın 18-də Azərbaycan səmasında yeni ayın görünəcəyi proqnozlaşdırılır. QMİ-nin təqviminə əsasən, müqəddəs ayda Qədr gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edəcək. Təqvimə görə, martın 20-i və 21-i Azərbaycanda Ramazan bayramı qeyd ediləcək.

Chosen
24
1
far.az

2Sources