Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Srağagün Mahir Emrelinin komandası Almaniyanın 2-ci bundesliqasında növbəti oyuna çıxıb. “Darmnştat”ın qonağı olan “Kayzerslautern” darmadağın olub – 0:4. Təəssüf ki, bu oyunda da Mahirin iştirak ərizəsində adı olmayıb. Yeni il ərəfəsində “CBC Sport”a açıqlama verən Mahir qışdan sonra birinci, ən pis halda ikinci oyunda sağalacağını bildirmişdi. Artıq 4-cü oyun geridə qaldı. Mahir isə zədələrdən əziyyət çəkir. Hələ də sağala bilmir. Belə çıxır ki, Mahir ictimaiyyəti aldadıb, yoxsa bərpa prosesi gec gedib? Bu qalır öz vicdanına. Təki tez sağalsın, yaşıl meydanlara dönsün!MÜZƏFFƏR QULUZADƏ
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.