EN

Bərdədə “Ağ Saray” şadlıq sarayında nöqsanlar aşkarlanıb

ain.az, Azertag saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakı, 9 fevral, AZƏRTAC

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bərdə rayonunun Kətəlparaq kəndində fəaliyyət göstərən və İsmayıl Mirağa oğlu Ağayevə məxsus “Ağ saray” şadlıq sarayında yoxlama keçiriblər.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yoxlama zamanı şadlıq sarayında etiket məlumatları olmayan qida məhsulunun istehlaka təqdim edildiyi aşkarlanıb. Həmçinin sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulduğu müəyyən olunub.

Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və icrası məcburi göstərişlər verilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
19
5
azertag.az

6Sources