EN

AMB bu şirkəti CƏZALANDIRDI

Mərkəzi Bank “Mpay” MMC-ni cəzalandırılıb.

KONKRET.az xəbər verir ki, “Mpay” MMC-də həyata keçirilən yerində yoxlamalar çərçivəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərinin pozulması faktlarının aşkarlanması ilə əlaqədar olaraq, şirkət tərəfindən İnzibati Xətalar Məcəlləsinin 598.1.1, 598.1.2, 598.1.6-ci maddələrinin tələbləri kobud şəkildə pozulduğu məlum olub.

Nəticədə hüquqi şəxs olaraq 50 000 (əlli min) manat, təşkilatın vəzifəli şəxsi isə 10 000 (on min manat) manat məbləğində cərimə edilib.

Chosen
23
1
konkret.az

7Sources