EN

Daha bir məktəbdə insident Şagirdlər arasında dava qanla bitdi

Hurriyyet portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.

Hurriyyet.org APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.

Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.

Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Hadisə yerinə polis əməkdaşları cəlb ediliblər.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
21
5
hurriyyet.az

10Sources