EN

LAVROV DA AVROPANI HƏDƏLƏDİ Nüvə silahına eyham vurdu

Azpolitika.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Rusiyada rəsmi diplomatiya təmsilçiləri öz davakar, aqressiv bəyanatları ilə artıq çoxdan hərbçiləri və təbliğatçıları geridə qoyublar. Rusiya XİN başçısı Sergey Lavrov artıq dəfələrlə özünü danışıqlar, sülh, beynəlxalq hüquq, sivil münasibətlərlə məşğul olan diplomatdansa, ucuz Kreml təbliğatçısı kimi apardığını göstərib.

“AzPolitika” xəbər verir ki, Sergey Lavrov NTV-yə verdiyi müsahibədə Avropanı müharibə və nüvə silahı ilə təhdid edib. O deyib ki, Avropa Rusiyaya hücum edərsə, "tammiqyaslı hərbi cavab" alacaq. Lakin Avropanın Rusiyaya hücum planları və hərəkətlərinə işarə vuran hər hansı arqument, fakt gətirməyib…

Lavrov Rusiyanın Ukraynada sözdə guya "xüsusi hərbi əməliyyat" apardığını və " Avropaya hücum etmək niyyətində olmadığını" vurğulayıb. Onun sözlərinə görə, "Rusiyanın buna qətiyyən ehtiyacı yoxdur".

"Əgər Avropa qəflətən bizə qarşı müharibəyə hazırlaşmaq üçün təhdidlərini həyata keçirərsə və Rusiya Federasiyasına hücuma başlayarsa, Prezident Vladimir Putinin dediyi kimi, bu, bizim tərəfimizdən "xüsusi hərbi əməliyyat" olmayacaq. Bu, müvafiq doktrinal sənədlərə uyğun olaraq bütün mövcud vasitələrdən istifadə etməklə tam hüquqlu hərbi cavab olacaq", - deyə Lavrov bildirib.

Təbii ki, “doktrina” və “bütün mövcud vasitələrdən istifadə etməklə" deyərkən, Lavrov nüvə silahını nəzərdə tutub. Necə ki, Dmitri Medvedev və Rusiya rəhbərliyindəki digər şəxslər dəfələrlə eyni təhdidlərlə çıxış ediblər.

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
69
azpolitika.info

1Sources