Davtyan hesab edir ki, Vaşinqtonun geo-iqtisadi hədəfi nüvə energetikasının sürətlə inkişaf etdiyi Çin və Rusiyadan geri qalmamaqdır. O, həmçinin qeyd edir ki, bu gün də ABŞ bazarına zənginləşdirilmiş uranın ən böyük tədarükçüsü Rusiyadır.
Ekspertin fikrincə, ABŞ Fransanın Nigerdə və Qabonda mövqelərinin zəiflədiyi bir vaxtda uran tədarükünün Parisə şaxələndirilməsinin qarşısını almağa çalışır və Avropa bazarını iqtisadi təsir zonası kimi görür. Davtyan vurğulayır ki, TRIPP Vaşinqtona Avropa-Qafqaz-Asiya beynəlxalq dəhlizində mövcudluq qazandıraraq logistika, enerji, yeraltı sərvətlər və hərbi-siyasi məsələlərin paralel həllinə imkan verir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31