Fransa və Ukrayna pilotsuz uçuş aparatları (PUA) və digər müdafiə texnologiyalarının birgə hazırlanması məqsədilə niyyət məktubu imzalayıblar.
Trend-in məlumatına görə, bu barədə Fransanın Silahlı Qüvvələr naziri Ketrin Votren Kiyevə səfərindən sonra açıqlama verib.
Nazirin sözlərinə görə, sənəd Ukraynanın müdafiə naziri Mixaylo Fedorov ilə imzalanıb və əsasən dronlar, eləcə də məlumatların emalı sahəsində innovativ müdafiə həllərinin birgə hazırlanması və tətbiqini nəzərdə tutur.
Ketrin Votren, həmçinin Ukraynada döyüş dronları istehsal edən zavoda baş çəkdiyini bildirib. Onun Kiyevə səfərində vitse-admiral Jak Fayard da daxil olmaqla, yüksək rütbəli Fransa hərbi zabitləri müşayiət ediblər.