EN

Azərbaycan komandası uşaq fitnesi üzrə Avropa çempionatında uğurla çıxış edib - FOTO

5–8 fevral 2026-cı il tarixlərində Şimali Kipr Türk Respublikasında təşkil olunan uşaq fitnesi üzrə Avropa çempionatı Azərbaycan komandası üçün uğurlu nəticələrlə yadda qalıb.

Redaktor.az xəbər verir ki, INBA Qlobal Azərbaycan Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, yarışın ikinci günündə “Fitness dance” və “Miss fitness” kateqoriyalarında 9–11 yaş qrupu üzrə çıxış edən İnci Ömərli, eləcə də 12–14 yaş qrupu üzrə mübarizə aparan İnci Mehdizadə üçüncü yerə layiq görülüblər.

Mirramiz Zəkizadə “Fitness stamina” kateqoriyasında ikinci, “Acro dance solo” kateqoriyasında isə üçüncü yeri tutub. “Acro dance duo” kateqoriyasında isə Mirramiz Zəkizadə və İnci Mehdizadə cütlüyü birinci yerə yüksəlib.

Ümumilikdə Azərbaycan komandası yarışda 2 kubok və 8 medal qazanıb. Əldə olunan nəticələrə əsasən, komandamızın hər üç üzvü 15–17 sentyabr 2026-cı il tarixlərində Xorvatiyada keçiriləcək uşaq fitnesi üzrə Dünya çempionatında iştirak hüququ əldə edib.

Qeyd edək ki, Azərbaycan uşaq fitnesi üzrə beynəlxalq yarışda ilk dəfə təmsil olunub və debüt çıxışını uğurla reallaşdırıb.

22
Chosen
55
1
redaktor.az

2Sources