EN

İlon Mask Epşteyn işi barədə həqiqəti danışanlara hüquqi müdafiəı vəd edib

Amerikalı sahibkar və milyarder sosial şəbəkədə açıqlama verərək Epşteyn işi ilə bağlı həqiqətləri söyədiyinə görə məsuliyyətə cəlb olunacaq şəxslərin müdafiəsini öz üzərinə götürəcəyini bildirib...

Poliqon xəbər verir ki, amerikalı iş adamı və milyarder İlon Mask X sosial şəbəkəsindəki hesabında maliyyəçi Ceffri Epşteynlə bağlı həqiqəti açıqlayan hər kəsin qorunmasını təmin etməyə hazır olduğunu bəyan edib.

“Mən bu iş barədə həqiqəti deyəcək və məsuliyyətə cəlb olunacaq hər kəsin qorunmasını ödəyəcəyəm”, deyə Mask paylaşımında qeyd edib.

Bu bəyanat Epşteynin maliyyə və kriminal fəaliyyətləri barədə məlumat verməyə cəsarət edən şəxslərə dəstək məqsədi daşıyır.

İlon Maskın sözlərinə görə, onun təşəbbüsü həm məlumat verənlərin təhlükəsizliyini təmin etməyə, həm də Epşteyn işi ilə bağlı ictimaiyyətin tam məlumat almasını təmin etməyə yönəlib. Bu açıqlama, ABŞ-da Epşteynlə bağlı araşdırmaların davam etdiyi bir vaxtda geniş rezonans doğurub və ictimai diskussiyaları yenidən aktivləşdirib.

Poliqon.info

Chosen
45
poliqon.info

1Sources