EN

"Real" qələbə qazandı, "Atletiko" uduzdu - VİDEO

Futbol üzrə İspaniya La Liqasında XXIII turun oyunları keçirilib.

Redaktor.az xəbər verir ki, günün ilk matçında "Alaves" öz meydanında "Xetafe"yə 2 cavabsız qolla uduzub - 0:2.

“Jirona” səfərdə “Sevilya” ilə heç-heçə edib. Görüş 1:1 hesabı ilə bitib.

“Atletik” evdə “Levante”yə 4:2 hesabı ilə qalib gəlib.

Günün əsas qarşılaşmasında isə “Atletiko” doğma meydanda “Betis”lə üz-üzə gəlib. Matç qonaq komandanın minimal hesablı qələbəsi ilə başa çatıb -1:0.

Sonuncu oyunda “Real Madrid” “Valensiya”nın qonağı olub. Görüş Madrid təmsilçisinin 2:0 hesablı qalibiyyəti ilə bitib.

 

Chosen
10
5
redaktor.az

6Sources