Şəmkirdə 15 yaşlı yeniyetmə bıçaqlanıb.
Publika.az APA-ya istinadən xəbər verir ki, hadisə rayon Kür qəsəbəsində qeydə alınıb.
Belə ki, Kür qəsəbə sakinləri, 2009-cu il təvəllüdlü (17 yaş) H.Abuzərli şəxsi münasibətlər zəminində 2011-ci il təvəllüdlü (15 yaş) S.Məmmədlini bıçaqlayıb.
Xəsarət alan yeniyetmə xəstəxanaya yerləşdirilib, onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hər iki şəxs məktəblidir. Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.