EN

“SELFİ” FACİƏSİ: 36 yaşlı biznesmen qayadan yıxılaraq HƏLAK OLDU – FOTO/VİDEO

Rusiyalı iş adamı Tailandda qayadan yıxılaraq faciəvi şəkildə həlak olub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Tailandın məşhur “Na Phra Lan” baxış meydançasında dəhşətli bədbəxt hadisə baş verib.

Moskvadan olan 36 yaşlı biznesmen İlyar qayalıqların kənarında effektli şəkillər çəkdirmək istəyərkən tarazlığını itirərək uçuruma yuvarlanıb.

Cəsədi ilk olaraq həmin ərazidə foto çəkdirən digər turistlər aşkar ediblər. Hadisə yerinə gələn xilasedicilər kişinin ölümünü qeydə alıblar.

Məlumata görə, iş adamı təxminən 50 metr hündürlükdən yıxılıb. O, kəllə-beyin və boyun nahiyəsindən aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

Hadisə yerində mərhumun pasportları və otel açarı olan çantası tapılıb.

Maraqlı və həm də kədərli məqam odur ki, iş adamının əlində qırılmış ağac budağı olub.

Ehtimal edilir ki, İlyar yıxılan an son anda budaqdan yapışaraq xilas olmağa çalışıb, lakin budaq onun çəkisinə dözməyərək qırılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
56
interpress.az

1Sources