EN

Xaçmazda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxslər aşkarlanıb

Xaçmazda yol polisi əməkdaşları narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü; Hikmət Əsədov və Nicat Qafarovu saxlayıblar...

Poliqon xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, hər iki şəxs tibbi müayinəyə aparılıb və onların narkotik vasitənin təsiri altında olduqları müəyyən edilib.

Məhkəmənin qərarı ilə H. Əsədov və N. Qafarov inzibati qaydada həbs olunublar.

Qeyd edək ki, ilin əvvəlindən polisin həyata keçirdiyi profilaktik tədbirlərlə Xaçmaz rayonu ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən 19 sürücü müəyyən edilib .

Poliqon.info

Chosen
23
26
poliqon.info

10Sources