EN

Kubada yanacaq böhranı, təyyarələrə benzin vurulmayacaq

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Kubada yanacaq böhranı hökm sürür.Newscenter.az TASS-a istinadən bildirir ki, böhran səbəbindən Havananın əsas hava limanı təyyarələrə reaktiv yanacaq doldurmağı bir ay müddətinə dayandıracaq. Lakin hava limanı uçuşlar üçün açıq qalacaq. Bildirilib ki, aviadaşıyıcılar yalnız geri dönüş üçün kifayət qədər yanacaq olduqda 10 fevral - 11 mart tarixləri arasında Havanaya uça biləcəklər.Qeyd edək ki, Havanada yanacaq vəziyyəti, 3 yanvarda ABŞ-ın Venesuelada apardığı və Prezident Nikolas Maduronun həbsi ilə nəticələnən hərbi əməliyyatdan sonra daha da pisləşib. Maduro Kubanın əsas neft ixracatçılarından biri idi. Karib respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri Bruno Rodriges Parrilla Kubanı yanacaq tədarükünün tam blokadası ilə hədələyən, beynəlxalq ticarətin bütün prinsiplərini pozan və Kuba xalqının həyatı üçün ekstremal şərait yaradan bu tədbirləri qətiyyətlə pisləyib.Anar

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
1
newscenter.az

2Sources